DOLLAR YENİDƏN BAHALAŞDI - Sabahın məzənnəsi açıqlandı

Fevralın 17-nə manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan verilən məlumata görə, 17.02.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7352 səviyyəsində müəyyən olunub.

* * *

Xəbər verdiyimiz kimi, 16 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7351 səviyyəsində formalaşıb.

Əlavə edək ki, bu gün rəsmi dollar/manat məzənnəsi 1,7296 səviyyəsindədir.

Hərracdan sonra banklarda dollar yenidən bahalaşıb.

"Marja" xəbər verir ki, Bank of Baku dolların alışını 1.7250 manatdan 1.75 manata, satışını isə 1.83 manatdan 1.86 manata qaldırıb.

Turan Bank dolların alışını 1.72 manatdan 1.7350 manata, satşını isə 1.80 manatdan 1.8250 manata qaldırıb.

Qeyd dək ki, artıq hərracın nəticəsi banklara məlumdur.

Qeyd edək ki, dünən 1 dolları sasən 1.80 manata satan banklar bu gün səhər 1.82 və 1.83 manata qaldırmışdılar.

“Qara bazar”da Dolların qalxdığı bildirilir.

“Marja”nın əldə etdiyi məlumata görə, qanunsuz valyuta alverçiləri günortadan sonra 1 dolları 1.80 manata alıb, 1.82 – 1.83 manata satmağa başlayıblar.

Banklar dolları 1.72-1.75 manat səviyyələrindən alırlar. Banklarda hərracdan sonra dollar qalxmağa başlayıb. artıq dolları 1.86 manata satan bank var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar