PREZİDENTİN QARDAŞI BELƏ ÖLDÜRÜLDÜ - VİDEO

Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Malayziya xarici işlər nazirliyinə çağırılıb. APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat verib.

Səfirin çağırılmasının səbəbləri hələ ki, açıqlanmır. Ehtimala görə, bu, KXDR lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın ölümü ilə bağlıdır.

Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd fevralın 14-də, Kuala-Lumpur aeroportunda törədilib. Hadisə ilə əlaqədar Malayziya polisi 4 nəfəri saxlayıb. Ölümün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib, hücum zamanı yüksək toksiki təsirli “VX” maddəsindən istifadə olunub. İnternetdə Kuala-Lumpur hava limanında baş verən hadisənin videogörüntüləri yayımlanıb.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  ötən həftə Malaziya hava limanında hücuma məruz qalan Kim Çen Namın üzünün ağız və burun nahiyəsinə basılan zəhərli bezlə öldürüldüyü bildirilir. Yeni yayımlanan görüntülərdə Malaziyanın paytaxtı  Kuala-Lumpurdakı hava limanında Kim Çen Nama arxadan yaxınlaşan bir qadın zəhərli bezlə onun burun və ağız hissəsini qapadır.

Sonra həmin qadın sürətlə hadisə yerindən uzaqlaşır. Hücuma məruz qalan Kim Çen Nam hava limanının təhlükəsizlik işçilərindən yardım istəyir. Ancaq Kim Çen Nam xəstəxanaya aparılarkən yolda keçinir.

ABŞ və Cənubi Koreya hökumətləri Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyinə əmindirlər.

Malaziya polisi  Şimali Koreyadan 4 şəxsin sui-qəsdçinin təşkilatçısı kimi əsas şübhəlilər olduğunu bildirib.Hansı ki, həmin şəxslər cinayətin baş verdiyi gün ölkəni tərk ediblər. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar