Elmar Məmmədyarovun Moskvaya rəsmi səfəri hazırlanır

Fevralın 18-də Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Görüş zamanı ikitərəfli münasibətlərə dair aktual məsələlər, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun qarşıda Rusiyaya gözlənilən rəsmi səfərinə hazırlıq müzakirə edilib.

Bu il aprelin 4-də qeyd olunacaq iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan birgə tədbirlər də müzakirə edilib. Bu barədə RF XİN-in saytında məlumat verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar