ABŞ Cənubi Çin dənizinə aviadaşıyıcı və müşayiətedici gəmilər göndərib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) «Karl Vinson» aviadaşıyıcısını və onu müşayiət edən gəmiləri Cənubi Çin dənizinə göndərib.

Amerikalı hərbçilər qeyd ediblər ki, bu, plan üzrə patrul tədbiridir.

Çin Xalq Respublikası (ÇXR) Cənubi Çin dənizindəki mübahisəli adalara iddiaçıdır və orada süni obyektlər ucaldır.

Bu yaxınlarda ÇXR Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı bu bölgədə Çinin suverenliyini təhlükə altına alacaq fəaliyyətdən çəkinməyə çağırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar