Şimali Koreya liderinin qardaşı terror qurbanıdır! - Cənubi Koreya

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreya hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen Inın qardaşının ölümünü terror aktı adlandırıb və beynəlxalq birliyin reaksiyasını gözləyir.

Seulda əmindirlər ki, bu səs-küylü cinayətin arxasında Şimali Koreyanın xüsusi xidmət orqanları dayanır.

Bir həftə bundan əvvəl Cənubi Koreyanın Prezident əvəzi Xvan Qyö An Kim Çen Namın ölümünü «qəbuledilməz qeyri-humanist cinayət aktı» adlandırıb. «Ryönxan» agentliyinin məlumatına görə, Xvan Çyö An beynəlxalq ictimaiyyəti Pxenyanı bu terror aktına görə, hesab verməyə çağırıb.

«KXDR-in hüdudlarından kənarda yaşayan Kim Çen Namın öldürülməsi Şimali Koreya rejiminin proqnoza gəlməz mahiyyətini və qəddarlığını ortaya qoyur» - deyə, Koreya respublikası birləşmə nazirliyinin nümayəndəsi qeyd edib.

İnternetdə Kim Çen Nama Malayziya aeroportunda hücum səhnəsi yer alıb. Orada görünür ki, qızlardan biri kişini qarmalayıb, saxlayır, digər qız isə onun sifətinə nə isə püskürdür. Bundan sonra, təhlükəsizlik xidməti məntəqəsində Kim Çen Nam hüşunu itirir.

Malayziyanın hakimiyyət orqanları bu qətl hadisəsində şübhəli bilinən 4 nəfəri həbs edib. Biri KXDR-dan olmaqla, onlar müxtəlif ölkələrdəndir. KXDR-dan olan şübhəli isə bəzi məlumatlara görə, kimya üzrə ekspertdir. Polis daha bir neçə mümkün iştirakçını axtarır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar