Krım indi də «uzunmüddətli arenda»ya verilir?! - Ukraynalı deputatın planı

stepmap-karte-krim-1393713_1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukrayna Ali Radasının deputatı Andrey Artyomenko Krım və Donbas problemlərinin həlli ilə bağlı yeni plan hazırlayıb və «baxılmaq üçün» Donald Tramp administrasiyasına göndərib. Plan Krımın Rusiyaya uzunmüddətli icarəyə verilməsi və Donbasın statusunun müəyyən edilməsi üçün referendum keçirilməsini nəzərdə tutur.

Təşəbbüskar Ali Radanın deputatı Andrey Artyomenko olsa da, o özü sənədi həmkarları ilə birlikdə hazırladığını deyir. Plan 10 bənddən ibarətdir və Minsk razılaşmasını əvəz etməlidir.

Sənədin bəndlərindən birində deyilir ki, Krımın Rusiyaya 30-50 illik icarəyə verilməsi üçün ümumukrayna referendumu keçirilir. Bu müddət başa çatdıqdan sonra daha bir referendum keçirilir və yarımadanın yekun statusu müəyyən olunur. Referendum beynəlxalq strukturların nəzarəti altında keçirilir.

Bndan başqa, plan Donbasın Ukraynanın tərkibinə qaytarılması və amnistiya məsələlərini də nəzardə tutur. Donbasın statusunu müəyyən emək üçün də referendum keçirilməsi tələb olunur. Bölgənin bərpası üçün pul xüsusi fonddan götürülür. Fond müxtəlif ölkələrin yardımı əsasında formalaşır.

Deputatın fikrincə, yalnız Moskva bu şərtləri yeninə yetirdikdən sonra antirusiya sanksiyalarını aradan götürmək olar. Kreml plandan xəbərsiz olduğunu bildirir.

Federasiya Şurasında isə artıq plandan xəbərdarlırlar. Qurumun müdafiə komitəsinin başçısı Viktor Ozerov sənədi absurd adlandırıb və qeyd edib ki, heç kim onu Rusiya tərəfi ilə razılaşdırmayıb.

Planın müəllifi isə öz növbəsində, KİV-ə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin bu təşəbbüsü dəstəkləyəcəyinə əmin olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar