Həqiqətən Azərbaycanın neft sektorunda 34 min insan çalışır? – ARAŞDIRMA

2011-ci ildə SOCAR-da çalışan içşilərin sayı 79,9 min nəfər olub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci il yanvarın 1-ə olan statistikaya əsasən, iqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 479,9 min nəfər çalışıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft sektorunda çalışanların sayı 300 nəfər azalmış, qeyri neft sektorunda işləyənlərin sayı isə 18,5 min nəfər artıb.

Statkomun məlumatına görə, 2016-cı il dekabrın 1-ə olan məlumata əasən, iqtisadiyyatın neft sektorunda 34,2 min nəfər işləyirmiş.

Azərbaycanın neft sektorunda nə qədər işçi qüvvəsi var?

Bəs reallıqda Azərbaycanın neft sektorunda nə qədər insan çalışır? Bunun üçün audit edilmiş və ictimaiyyət üçün açıq olan rəsmi statistikadan istifadə edək.

Beləliklə, Azərbaycan Dövlət Neft Şirkətinin hesabatına əsasən, 2016-cı ilin 1 yanvar tarixinə SOCAR-da 52 min 576 nəfər çalışmışdır. "BP-Azerbaijan" şirkətində isəümumilikdəştatlı işçilərin sayı 3120 nəfər olub ki, bunların da 2705 nəfərini Azərbaycan vətəndaşları təşkil edib.

BP-nin rəsmi məlumatına görə, "Şahdəniz-2" layihəsinin icra edilməsi (dənizdə qazma əməliyyatları, sualtı infrastrukturun yaradılması, 2 platformanın və onların dayaq bloklarının tikilməsi, Səngəçalda qaz terminalının genişləndirilməsi və "Cənub Qafqaz boru xəttinin genişləndirilməsi" (mövcud ixrac qaz kəmərinə paralel olaraq yeni qaz kəmərinin çəkilməsi) layihələrinə Azərbaycan ərazisindəümumilikdə 22 minə qədər insan cəlb edilib. Onların 80%-dən çoxu yerli vətəndaşlardır.

Həmin dövr ərzində Azərbaycanda bunlardan əlavə neft hasilatı ilə məşğul olan 11 əməliyyat şirkəti olub. Onlar öz fəaliyyət masştablarına görə fərqlidirlər, ancaq iri şirkətlərin hər birində 1000 nəfər ətrafında insan çalışıb.

Bütün bunlardan əlavə Azərbaycanda neft və qaz sektoruna xidmət edən xeyli sayda (200-ə yaxın) servis şirkətləri fəaliyyət göstərirlər. Onların əksəriyyəti xarici şirkətlər olsa da yerli şirkətlərin sayı da az deyil. Və bu şirkətlərdəümumilkdə 10 min nəfərə qədər insan çalışır.

Bəs niyə neft sektorunda işləyənlərin sayı az göstərilir?

Bir insanın əynində "SOCAR" yazılmış uniforma var, onun boynundan asılmış işçi kartında iş yeri "SOCAR" yazılır, ancaq Dövlət Statistika Komitəsi öz hesabatında təqribən 2o min bu cür insanı təkcə bir şirkət üzrə "qeyri-neft sektoru"na aid edir.

Statkom SOCAR-ın strukturunda tikinti ilə məğul olan qurumları neft sektoru kimi qeydə almır. Bu, təkcə SOCAR-la bağlı deyil. Yuxarıda qeyd etdiyim - "Şahdəniz-2" və "Cənub Qafqaz boru kəmərinin genişləndirilməsi" layihəsi üzrə işlər də neft-qaz sektoruna aid edilmir. Görünür, bunlar tikinti sektoru adı altında birləşdirilirlər.

Bəs onda əməliyyat şirkətlərində fəaliyyət göstərənlər? Axı onların da sayı az deyil! Çox güman ki, onlar da özəl sektor adı ilə rəsmiləşdirilir.

Niyə belə edilir? Buna aydınlığı ancaq Statkom özü gətirə bilər, yəqin metodologiyaları belədir.

Ancaq mənim yadımdadır ki, bir zamanlar beynəlxalq maliyyə institutları neft şirkətlərindən çıxan telefon zənglərinə görəödənişlərin belə "neft sektoru" üzrə hesabatlara salınmasını tövsiyə edirdilər hökumətə. Çünki həmin sektor olmasa, onda rabitə də lazımi artımıəldə edə bilməyəcəkdi. Rabitənin real inkişafı isə onun özünün xidmət sahələrini genişləndirməsi və rəqabətədavamlı mühitin formalaşdırılması hesabına baş verməliydi. Hər sahəüzrə belə belə olmalıydı. Burada məqsəd neft sektoru hesabına qeyri-neft sektorunun süni uğurlarının qarşını almaq idi, nəticədə hökumətin daha effektiv işləməsi üçün stimul yaradılırıdı... Bu, təqribən 20 il bundan əvvəl Azərbaycanın inkişafına olan baxışlardan biri idi...

İlham Şaban, Neft Araşdırmaları Mərkəzinin rəhbəri

P.S. 2017 -ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5013,4 min nəfər təşkil etmişdir. Fikir verdinizmi, neft sektorunda real çalışan 80-90 min insanın faydalı işə msalı (ölkəyə və ölkə iqtisadiyatına gətirdiyi gəlir) yerdə qalandan nə qədər yüksəkdir. Neft-qaz sektoru 2016-cı ildə dəyər ifadəsində ölkə ixracının 86%-i təmin edib.  /Fins.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar