Birində 45 gündü, birində 20! – MƏCƏLLƏDƏ ÇAŞBAŞLIQ

vergi2017-ci ildən etibarən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları geri qaytaracaq. Geri qaytarılma müddəti isə 45 gündən 20 günə endirilib.

Fins.az xəbər verir ki, yeni Vergilər Məcəlləsində 45 günlük müddət 179.1-ci və 179.2-ci maddələrində 20 günə salınsa da, digər maddələrdə dəyişikliyin edilməsi yaddan çıxıb.

Yəni, həm 45 gün var, həm 20 gün. Kimə hansı müddəti şamil etmələri isə qalır vergi müfəttişlərinin insafına. İnsafa qalan işlər isə sonda heç də müsbət nəticələnmir.

Qeyd edək ki, 2017-ci ilə qədər artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları Vergi Məcəlləsinə müvafiq olaraq ərizə əsasında vergi ödəyicilərinə geri qaytarılmalı idi. Bunun üçün 2017-ci ilədək qüvvədə olan Vergi Məcəlləsində artıqödəmənin geri qaytarılması üçün 45 günlük müddət müəyyən edilmişdi. 45 günlük müddət Vergi Məcəlləsinin 59.3-cü, 87.3-cü, 179.1-ci 179.2-cı və 181.1-ci maddələrində öz əksini tapmışdı. Son dəyişikliklərdən sonra isə ancaq 2 maddə yenilənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar