Mərkəzi Bank manat ala bilmədi - HƏRRAC

manat bank dollarBu gün fevralın 20-də Mərkəzi Bankda vəsaitlərin cəlbedilməsi üzrə növbəti depozit hərracı keçirilib. Fins.az xəbər verir ki, hərracda depozit tələbi 47,7 mln. manat olub.

Bu isə Mərkəzi Bankın gözlədiyi rəqəmdən 3 dəfə azdır.

Xatırladaq ki, bu dəfəki hərracda 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar