80 yaşlı kişi yanaraq öldü

Zaqatalada yanğın olub.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Ümumi sahəsi 56 kv/m olan tikilidə baş verən yanğın söndürüldükdən sonra sobanın üstündən yanmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musa oğlu Musayev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar