«Malayziyada öldürülən Kim Çen Inın qardaşı deyil» - Pxenyan

AzPolitika.info Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin hava limanında zəhərlənərək öldürülən şəxs Şimali Koreya lideri Kim Çen Inın qardaşı deyil. Bu barədə Şimali Koreyanın Malayziyadakı səfiri Kan Çxol bəyan edib.

Səfir qeyd edib ki, hələlik Malayziyanın apardığı araşdırmalara inam yoxdur, çünki öldürülən hansısa Kim Çxoldur, Kim Çen Inın ögey qardaşı Kim Çen Nam yox.

«İnsidentin üstündən 7 gün ötüb, ancaq hələ də ölümün baş verməsi səbəbləri barədə sübut ortaya qoyulmayıb. Biz, Malayziya polisinə etibar edə bilmərik. Səfirlik öldürülənin şəxsiyyətini müəyyən edib. O, Koreya Xalq Demokratik Respublikasının (KXDR) vətəndaşı Kim Çxoldur. Onun pasportunda belə yazılıb» - deyə, səfir bəyan edib.

Fevralın 14-də Cənubi Koreya bəyan edib ki, Malayziya aeroportunda Kim Çen Inın qardaşı öldürülüb. Ehtimala görə, iki qadın Kim Çen Nam kimi təqdim olunan şəxsi zəhərləyib.

Şimali Koreynanın Malayziyadakı səfiri bəyan edib ki, rəsmi Pxenyan Kim Çen Nam kimi ehtimal olunan şəxsin yarğı nəticələrini tanımır və Kuala-Lumpuru meyiti təxirə salmadan, Şimali Koreyaya qaytarmağa çağırır.

Malayziya tərəfi isə buna belə cavab verib ki, öldürülmüş şəxsin qohumlarının DNT nümunələri əldə olunmadan, yarğının nəticələrini elan etməyəcək. Bu, həm də meyitin KXDR-a qaytarılması məsələsinə aiddir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar