Özündən razı qoca! - 93 yaşlı Muqabe yenə prezident olmaq istəyir

muqabeAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Zimbabvenin Prezidenti, 93 yaşlı Robert Muqabe daha yeni müddətə - altıncı dəfə ölkə prezidenti olmaq niyyətindədir və bu qərarını xeyli orijinal formada əsaslandırmağa çalışıb.

Muqabenin sözlərinə görə, «partiya və xalq prezidentliyə ondan savayı layiqli başqa birisini görmür».

«Onlar istəyirlər ki, mən seçkilərdə iştirak edim» - deyə, Muqabe bəyan edib.

Fevralın 21-də Muqabenin 93 yaşı tamam olacaq. O, 1987-ci ildə Zimbabvenin Prezidenti olub və hələ də olmaqda davam edir.

Xatırladaq ki, Zimbabvedə növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək.

Maraqlıdır, görəsən, Muqabe müəllim cənab Əzrailin «basqısı»na davam gətirə biləcəkmi?..

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar