Naxçıvan rəsmiləri İğdırdakı qəzada yaralananları ziyarət ediblər - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Azər Zeynalov, səhiyyə naziri Niyazi Novruzov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov Türkiyənin İğdır vilayətində iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarını xəstəxanada ziyarət ediblər.

"Report"un məlumatına görə, onları Azərbaycanın Qarsdakı baş konsolu Nuri Quliyev, Naxçıvan Muxtar Respublikasının İğdırdakı təmsilçisi Behbud Qadalı və İğdır valisi Ahmet Turqay Alpman müşayiət edib.

İğdır Dövlət Xəstəxanasının baş həkimi Nevruz Erez onlara yaralananların vəziyyəti barədə məlumat verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyədə İğdır-Aralık avtomobil yolunda iki sərnişin avtobusunun toqquşub.

Nəticədə 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5 nəfəri, xəsarət alanlardan isə 26 nəfəri Azərbaycan vətəndaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar