Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb

qeza qebeleGəncə şəhərində işıqforun qırmızı işığından keçən avtomobil qəza yaradıb. Hadisə axşam saatlarında, şəhərin Nizami Gəncəvi prospektində baş verib.

Belə ki, işıqforun qırmızı işığından keçən "Mercedes" markalı avtomobil hərəkətdə olan "QAZ-3110" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Eyni zamanda, hadisə zamanı avtomobillərə də ciddi ziyan dəyib.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (“Report”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar