Xırdalanda yanğın : zəhərlənənlər var + FOTO

Bu gün saat 21 radələrində Bakının Xırdalan qəsəbəsində, Həzi Aslanov 2. ünvanında yanğın hadisəi baş verib. Musavat.com-un "Qaynar xətt"inə məlumat verən oxucular bildirdi ki, yanğının baş verməsinə səbəb binaya Azəriqaz İB tərəfindən təbii yanacağın verilməməsidir. Əhali bir qayda olaraq elektrik cihazlarından istifadə etdiyi üçün xəttlər gərginləşib və yanğın yaranıb.

Oxucularımız deyir ki, bu, sözügedən binada ilk belə yanğın hadisəsi deyil. "Dələduz firmaların adını çəkəndə bu kimi faktları da unutmasınlar. Gərək burda da adam ölsün ki, nəsə tədbir görsünlər?" Bu sualı da videonu çəkib, saytımıza yollayan oxucular əlaqədar qurumlara ünvanlayır.

Oxucular eyni zamanda yanğının söndürüldüyünü, amma əhali arasında zəhərlənənlərin olduğunu bildirir. Mövzunu davam edəcəyik.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar