“Cəmil Həsənli xalqın lideridir”Rüstəm İbrahimbəyov

Dərc olunub: 30/09/2013 - 13:33

111900018525Rüstəm İbrahimbəyov: “Hər kəs özünün, ailəsinin, dövlətinin gələcəyi naminə Cəmil Həsənliyə açıq dəstək verməlidir”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin sentyabrın 28-də Yasamal rayonu ərazisində seçicilərlə keçirdiyi görüş-mitinqi izləyib və yüksək qiymətləndirir.

Bu barədə Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a açıqlamasında deyib. O bildirib ki, mitinqi internetdə əvvəldən axıra qədər izləyib və tədbirin yüksək səviyyədə keçməsindən şad olub: “Çox uğurlu, gözəl mitinq keçdi. Sentyabrın 22-də keçirilən mitinqdən daha çox insanın meydana toplaşması da açıq görünürdü. Bu, sevindiricidir və onun göstəricisidir ki, Cəmil Həsənli artıq təkcə Milli Şuranın yox, Azərbaycan xalqının prezidentliyə namizədidir. Hər mitinqdə və televiziya çıxışlarında təsdiq olunur ki, Cəmil müəllimin simasında Azərbaycan xalqı özünə böyük bir siyasi xadimi lider seçib. Artıq Cəmil Həsənli xalqın lideridir. Hamımız onu bütün gücümüzlə dəstəkləməliyik. Azərbaycan xalqına müraciət edirəm ki, hər kəs özünün, ailəsinin, dövlətinin gələcəyi naminə Cəmil Həsənliyə açıq dəstək versin, hər kəs Cəmil Həsənlinin ətrafında birləşsin”.
R.İbrahimbəyov İctimai Televiziyada namizədlərin debatında bir-iki namizəd istisna olmaqla bütün digərlərinin ancaq Cəmil Həsənliyə hücuma keçməsinə, Cəmil Həsənlinin ölümlə hədələnməsinə də münasibət bildirib: “Debatlardakı məlum mənzərə hakimiyyətin rəqibinin kim olduğunu, hakimiyyətin kimdən qorxduğunu ortaya çıxarır. Faktiki olaraq hər dəfə televiziyada Cəmil Həsənliyə qarşı təxribatın təşkil olunduğu görünür. Hakimiyyət təxribatı özünün müəyyənləşdirdiyi qondarma namizədlər, tərbiyədən uzaq adamlar vasitəsilə Cəmil Həsənliyə qarşı həyata keçirir. O adamlara heç namizəd də demək düzgün deyil, onlar qondarmadırlar. Özlərini də biabır edirlər, Azərbaycanın da imicinə zərbə vururlar. 21-ci əsrdir, lakin o adamlar qul psixologiyasından o tərəfə keçmədiklərini göstərirlər. Qanunlara azacıq hörmət qoyulan dövlətdə efirdə prezidentliyə namizəd açıq-aşkar təhqir edilə, namizəd öldürülməklə hədələnə bilməz. Buna yol verən adam barəsində dərhal cinayət işi qaldırılar. Ancaq görürsünüz ki, İTV-də debatda Cəmil Həsənlini təhqir edən, ölümlə hədələyən birisinin danışmaq növbəsi olmadığı halda mikrofonu açıq saxlanır. Bu, təhqirə, hədələrə faktiki olaraq şərait yaratmaqdır. Xalqın eşitməsi üçün mikrofonu açıq saxlayırlar. Bu, həm də xalqa qarşı hörmətsizlikdir. Adam baxıb dəhşətə gəlir ki, necə alçaq və aşağı səviyyədə qurulmuş təxribatlardır”.
Milli Şuranın sədri prezidentliyə namizəd Cəmil Həsənliyə ödənişli efir vaxtının ayrılmamasına da münasibət bildirib: “Bu, o deməkdir ki, iqtidar artıq təşvişə düşüb. Cəmil müəllimin hər çıxışı iqtidara elə zərbə vurur ki, ödənişli efir vaxt ayırmaqdan qorxdular. Cəmil Həsənli çıxışları ilə ölkədə yeni siyasi mühit yarada bilib. Bu, mühit hakimiyyətin ciddi şəkildə əleyhinədir. İqtidarın qorxuya düşməsi də bununla bağlıdır”.








loading...


Fikrinizi bildirin