Bakıda dönərxanada partlayış - 5 yaralı

Hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.5 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar