"Bu postun ən layiqli namizədi Mehriban Əliyevadır" - Fazil Mustafa

trend_fazil_mustafa_albom_4Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Millət vəkili Fazil Mustafa Xeber365.com-a açıqlamasında yeni təyinatla bağlı məsələyə münasibətini bildirib:

"Bu, Prezidentin səlahiyyətinə aid olan məsələdir. Mənim bu təyinata münasibətim müsbətdir. Mehriban xanım kifayət qədər həm ölkə səviyyəsində, həm də beynəlxalq arenada kifayət qədər ən fəal siyasətçilərdən biridir. Hesab edirəm ki, bu postun ən layiqli namizədi odur".

F.Mustafa "Birinci vitse-prezidentin səlahiyyətlərinə nələr daxil olacaq" sualına "Bu, qanunvericiliklə müəyyən olunacaq. Ola bilsin ki, bununla bağlı hər hansı əsasnamə, yaxud sərəncam qəbul ediləcək" cavabını verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar