“ÖZÜNÜZÜ TƏQDİM ETMƏYİB, CUMURSUNUZ…” – General Mirvətova (VİDEO)

2bfcd0f9442004268a58770d06e49b2e

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Proses haqqında təqsirləndirilən Füzuli Əliyevin vəkili İlham Həsənov məlumat verib.

O bildirib ki, prosesdə təqsirləndirilən şəxslərin hər birinin anket məlumatları dəqiqləşdirilib.

Vəkillər cinayət işində qanun pozuntuları olduğu üçün işin istintaqa geri qaytarılmasını istəyiblər.

Bundan əlavə vəkillər təqsirləndirilən şəxslərin əmlaklarına qoyulan həbslə də bağlı vəsatət veriblər: "Füzuli Əliyevin ulu babasının əmlakına həbs qoyublar Gəncədə olan həmin mənzil 1909-cu ildə tikilib".

General Sübahir Qurbanovun səhhəti ilə bağlı məcburi müayinəyə göndərilməsi barədə vəsatət verilib: "Məhkəmədə Sübahir Qurbanov ayaq üstə dura bilmirdi".

Vəkillər bəzi sənədlərin sübutlar siyahısından çıxarılmasını istəyiblər.

Hakim vəsatətləri baxılmamış saxlayıb.

Prosesdə 1 saatlıq fasilə elan edilib.

Günün ikinci yarısı davam edən prosesdə hakim Həbib Həsənov verilən vəsatətlər təmin etməyib. Hakim həmçinin işi məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası fevralın 28-ə təyin edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Polisin nəzarətində olan general Natavan Mirvətova məhkəmə binasından çıxarkən jurnalistlərə açıqlama verməsə də, bu dəfə medianın qarşısına çıxmaqdan çəkinməyib:

“Özünüzü təqdim etmirsiz, cumursuz. Müsahibə vermirəm, heç nə müsahibə verə bilmərəm. Haqsız, ədalətsiz şeylər yazırsız, yazmayın”.

4f1e4c1a-6dfb-4008-891b-f0b3282182e8 bf0d3072-1795-4bd9-a99b-a9d384a0a48d c772fae7-cf06-4497-8bdc-5e9589bc6c39 e2f8e4490045585ce8e38ee980c136f6

Xatırladaq ki, məhkəmin hazırlıq iclası 2 dəfə işə yeni qoşulan vəkillər cinayət işi ilə tanış olmadığı üçün təxirə düçüb.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar