Florida məktəbliləri Trampın karvanına ağac parçası atıblar!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Florida ştatında məktəblilər ötən həftə ABŞ Prezidenti Donald Trampın maşın karvanına ağac parçası atdıqlarını etiraf ediblər.

«Assoşieyted Press»-in məlumatına görə, indi azyaşlıları rəsmi ittiham gözləyir. Qəzetin verdiyi xəbərə görə, etirafı azyaşlılardan biri edib. O, hakimiyyət orqanlarına özünün 4 yoldaşının da adlarını açıqlayıb. «Xəbərçi» danışıb ki, karvana atılan predmet bundan əvvəl hesab edildiyi kimi daş yox, ağac parçası olub.

«Biz, ağac parçası tullamış azyaşlıların şəxsiyyətini müəyyən etmişik. Onlar artıq əməllərini etiraf ediblər» - deyə, yerli şerifin «Tvitter»ində qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar