Trampın hüquq məsləhətçisi Artyomenko ilə görüşdüyünü təsdiqlədi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın hüquq məsləhətçisi Maykl Koen həqiqətən Ukrayna Ali Radasının deputatı Andrey Artyomenko ilə görüşüb.

Koen özü bunu «NBC» kanalına verdiyi müsahibədə təsdiqləyib. Ancaq onun sözlərinə görə, antirusiya sanksiyalarının ləğvi və Moskva ilə Kiyev arasında münasibətlərin normallaşdırılması barədə təklifi Ağ evə çatdırmayıb.

Hüquqşünas bəyan edib ki, əgər hipotetik olaraq bu təklifi o zaman prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Makl Flinnə ötürülmüş olsaydı da burada heç bir qəbahət görmür.

O, bildirib ki, Artyomenko ilə onun görüşünü bir zamanlar Trampla işgüzar əlaqələrdə olmuş iş adamı Feliks Seter təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar