Ermənilər cəbhəyanı kəndi atəşə tutub
Baxiş sayı:
Dərc olunub:
21/02/2017 - 19:37
Ermənilər cəbhəyanı kəndi atəşə tutması nəticəsində ot tayası yanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Hacıməmmədli kəndində qeydə alınıb. Kənddə məskunlaşan Nuridə Məmmədovanın bildirdiyinə görə, ermənilər kəndi yandırıcı güllələrlə atəşə tutub. Güllələrdən biri N. Məmmədovanın həyətində olan tayasına düşdükdən sonra yanğın başlayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.