«Budur, bəzi rəqəmlər...» - Şoyqu

soyquAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) müdafiə naziri Sergey Şoyqu uzun illər Suriya müxalifətinin xaricdən silahla təchizatından söhbət açıb.

«Məsələn, Suriyada 6 ildir ki, müharibə davam edir. Bütün bu müddət ərzində silahlı müxalifət və muzdlu birləşmələr fasiləsiz olaraq silah-sursat və fəal döyüş əməliyyatları aparmaq üçün digər materiallarla təchiz olunur» - deyə, Şoyqu qeyd edib.

O, daha sonra deyib: «Budur, bəzi rəqəmlər. Bizim qiymətləndirməyə görə, Suriyada, İraqda, Yəməndə və Liviyada yalnız silahlı münaqişə dövründə qeyri-qanuni silahlı birləşmələr 2450 zenit-raket kompleksi, 750 vahid tank əleyhinə raket komleksi, 650 vahidə yaxın «RSZO», 24 min ədəd müxtəlif tipli mina və 600 tondan artıq partlayıcı maddə əldə edib».

Fəqət, bu açıqlaması ilə Sergey Şoyqu necə deyərlər, «oxu atıb, yayı gizlətmiş olub», başqa sözlə, bu silah-sursatın konkret hansı dövlətlər tərəfindən verilməsi barədə bir kəlmə də deməyib…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar