Türkiyə sərhədçiləri Gürcüstan vətəndaşını çemodanda aşkarlayıblar! - FOTO

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə sərhədçiləri yoxlama zamanı Gürcüstan vətəndaşı olan qadını çemodanda aşkar ediblər.

Qadının ölkə ərazisinə girişinə əvvəllər qadağa qoyulubmuş. Bu sədəbdən də o, sərhədi bu üsulla keçmək istəyirmiş. Xəbəri «Doğan» agentliyi yayıb.

Xəbərdə qeyd olunur ki, Gürcüstan vətəndaşı özünün şübhəli davranışı ilə Hop əyalətinin Sarp Sınır sərhəd-keçid məntəqəsində sərhədçilərin diqqətini cəlb edib. Sərhədçilər ondan çemodanı açmağı tələb ediblər. Nəticədə, çemodandan Gürcüstan vətəndaşı olan 28 yaşlı qız çıxıb. Polis gürcüstanlını saxlayıb və dindirib.

Agentlik qeyd edir ki, ötən həftə elə həmin keçid məntəqəsində analoji insident qeydə alınıb. O zaman sərhədçilər bir Gürcüstan vətəndaşının çemodanında başqa bir kişi aşkarlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar