Batumidə gecə klubunda yanğın - Ölən və yaralananlar var

Gürcüstanın kurort şəhəri Batumidə gecə klubunda yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində 1 nəfər qadın ölüb, 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Xəsərət alanlardan 2 nəfərin vəziyyətinin ağır olduğu, reanimasiya şöbəsinə yerləşdirildikləri bildirilir.

Ölən qadının klubun əməkdaşı olduğu bildirilir.

Yanğının kondisionerin alışmasından baş verməsi barədə ilkin məlumat verilib.

Acariya Daxili İşlər İdarəsi yanğın baş verən zaman klubda 30-a yaxın adamın olduğu barədə məlumat yayıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar