Nyu-Yorkdakı «Azadlıq» heykəlindən plakat asdılar - «Qaçqınlar, xoş gəldiniz!»

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, naməlum şəxslər Nyu-Yorkdakı «Azadlıq» heykəlindən 6 metrlik bir plakat asıblar. Plakatda belə yazılıb: «Qaçqınlar, xoş gəldiniz!». Nyu-York hakimiyyəti plakatı asan şəxsləri axtarır. Xəbəri «NVS» kanalı yayıb.

Məlumat üçün bildirək ki, ABŞ milli abidələrindən plakatlar asmaq qadağandır.

Bundan əvvəl Amerikada Prezident Trampın anti-miqrant fərmanına etiraz əlaməti olaraq bir sıra aksiyalar keçirilib. Bundan başqa, 7 müsəlman ölkəsinin vətəndaşlarına viza verilməkdən imtina olunub. Ancaq Sietldə federal hakim Prezidentin bu fərmanın fəaliyyətini dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar