Əsir düşərgəsinin yerində kolbasa zavodu tikəcəklər!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avstriyanın Hayminq yaşayış məntəqəsində İkinci dünya müharibəsi dövründə əsir düşərgəsinin yerləşdiyi ərazidə kolbasa zavodu tikməyə hazırlaşırlar.

Avstriyanın nəhəng istehsalçılarından olan «Handl Tyrol» şirkəti ərazinin faciəli keçmişinə baxmayaraq, bu addımı atmaq qərarı verib. Xəbəri «TK Zvezda» kanalı yayıb.

Əsir düşərgəsində saxlanılmış şəxslərin törəmələri və Hayminqin bəzi sakinləri bu tikintinin əleyhinə çıxış edirlər. Onlar hesab edirlər ki, şirkətin kommersiya addımı qəddarlıqdır. Etirazçılar bu yerin satılması üzrə ilkin müqaviləni qanunsuz hesab edirlər.

Kolbasa məhsulları istehsalı zavodunun tikiləcəyi yerdə əvvəllər nasist Almaniyasının əsir düşərgəsi fəaliyyət göstərib. İkinci dünya müharibəsi illərində su elektrik stansiyası üçün bəndin ucaldılması prosesi zamanı burada minlərlə əsir insan məhv olub ki, onların bir çoxu Hayminq sakinidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar