Baş Qərargah rəsinin müavini qiyamçılarla döyüşdə öldürüldü

Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəsinin müavini, general-mayor Əhməd Sef əl-Yafii qiyamçı husilərlə döyüşdə ölüb.

“Report” “Aksam”a istinadən xəbər verir ki, general-mayor ölkənin Taiz bölgəsinin Muha rayonunda husilərlə ordu birlikləri arasındakı atışmada həlak olub.

Məlumata görə, Yəmənin qərb, mərkəzi hissələri, cənub-qərbindəki şəhərlər dövlət başçısı Abdurabbu Mansur Hadiyə bağlı hökumət qüvvələrinin əlindədir.

Ölkənin qərbinə İranyönümlü husi qiyamçıları, şimaldan cənuba doğru uzanan əraziyə isə "əl-Qaidə" nəzarət edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar