Naməlum şəxslər Kim Çen Namın meyitinin saxlandığı morqa girmək istəyiblər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, naməlum şəxslər Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın meyitinin saxlandığı morqa daxil olmaq cəhdi göstəriblər.

Bu barədə xəbəri Malayziya polisi yayıb. Britaniyanın «Qardian» qəzetinin yazdığına görə, polisdən qeyd ediblər ki, morqda bütün təhlükəsizlik tədbirləri görülüb.

Bu gün meyitin yarğısının nəticələrinin rəsmi surətdə elan ediləcəyi gözlənilir. Ehtimal olunur ki, Kim Çen Nam Kuala-Lumpur eroportunda zəhərlənib. Faktla bağlı dörd nəfər şübhəli saxlanıb, onlardan ikisi qadındır. Daha 7 nəfər üçün isə axtarış elan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar