UNEC-də seminar: “XƏRÇƏNG ÖLÜM DEYİL!”- Fotolar

Dünən Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “İqtisadiyyat” fakültəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olnuş “Xərçəng ölüm deyil!” adlı layihənin 4-cü seminarı keçrilib. Layihənin rəhbəri Zərxanım Ağayevadır.

Seminarda UNEC-in “İqtisadiyyat” fakültəsinin dekanı, dosent Asiman Quliyev, 3 saylı tələbə poliklilinikasının baş həkimi Təranə Rəhimova, “İqtisadiyyat” fakültəsinin dekan müavini Rahim Mürsəlov, “Əməyin iqtisadiyyatı və təşkili ” kafedrasının baş müəllimi İsmayıl İsmayılov, “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının baş müəllimi Elşən Məmmədov və başqaları, eləcə də UNEC-in “İqtisadiyyat” fakültəsinin bir qrup tələbəsi iştirak edib.

Seminarda açıq elan edən layihənin rəhbəri Zərxanım Ağayeva ilk öncə yaradılan şəraitə görə, UNEC-in rəhbərliyinə , o cümlədən UNEC-in “İqtisadiyyat” fakültəsinin dekanı, dosent Asiman Quliyevə minnətdarlığını bildirib.

Bundan sonra layihə haqda məlumat verən Zərxanım Ağayeva bildirib ki, son illər bütün dünyada, o cümlədən Azərbaycanda xərçəng xəstəliyinin geniş yayılması insanların bu istiqamətdə maarifləndirilməsi zərurətini yaradıb: “Çünki insanlar bir çox hallada məhz məlumatsızlıqdan xərçəng xəstəliyinə tutlulur. Bu xəstəliyə tutulan bir çox insanlarda isə gələcəyə ümidsizlik yaranır, depressiyaya düşürlər. Halbuki, xərçəngə tutulmaq heç də həyatın sonu deyil. Bu gün bu xəstəliyin də müxtəlif üsullarla müalicəsi həyata keçriliir. Ona görə də biz layihə çərçivəsində seminar iştirakçılarına insanların həm bu xəstəliyə tutulma riskini maksimum azaltması üçün nə etməli olduqları, həm də xərçəng xəstəliyinin müalicəsi ilə bağlı məlumat vermək istəyirik.”

Layihənin rəhbəri Z.Ağayeva bu haqda danışmaq üçün sözü həkim-onkoloq, Tibb Universitetinin Onkologiya Şöbəsinin həkimi Nərmin Əhmədliyə verib.

Həkim-onkoloq Nərmin Əhmədli xərçəng xəstəliyinin yaranma səbəbləri, müxtəlif orqanlarda özünü necə biruzə verməsi, xərçəngə tutulma riskini artıran hallar, qidalar , zərərli vərdişlər barədə geniş məlumat verib. Slaydlarla insanın müxtəlif orqanlarında xərçəng xəstəliyinin yaranmasının səbəblərini, xəstəliyin əlamətlərini əyani nümayiş etdirib.

Sonra isə xərçəng xəstəliyinin müalicəsində istifadə olunan müasir metodlar haqda danışıb. Bildirib ki, Azərbaycan dövlətinin dəstəyi ilə onkoloji xəstəxanalarda xərçəng xəstəliyinin müalicəsi üçün hər cür şərait yaradılıb, müasir avadanlıqlar gətirilib. Nərmin Əhmədli vaxtında aşkarlandıqda xərçəng xəstəliyinin tam və daha asan müalicə olunduğunu bildirib. Konkret faktlarla gec müraciət edən xəstələrin də müalicəsinin mümkün olduğunu qeyd edib.

Sonra həkim-onkoloq Nərmin Əhmədli seminar iştirakçılarının suallarını cavablandırıb.

Sual- cavab başa çatdıqdan sonra UNEC-in “İqtisadiyyat” fakültəsinin dekanı, dosent Asiman Quliyev layihənin rəhbəri Zərxanım Ağayevaya və həkim-onkoloq Nərmin Əhmədliyə belə bir təşəbbüsü reallaşdırdığına görə təşəkkürünü bildirib. Müxtəlif xəstəliklərdən, o cümlədən xərçəng xəstəliyindən qorunmaq üçün insanların maarifləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.

Layihənin rəhbəri Zərxanım Ağayevaya da sonda bir daha yaradılan şəraitə görə UNEC-in rəhbərliyinə , o cümlədən UNEC-in “İqtisadiyyat” fakültəsinin dekanı, dosent Asiman Quliyevə, seminarın UNEC-də keçirilməsini təşəbbüskarı baş müəllim İ.İsmayılova, eləcə də seminar iştirakçılarına minnətdarlıqlarını bildirib.

Seminar başa çatdıqdan sonra iştirakçılar UNEC-də Xocalı Soyqrımının 25-ci anım günü ilə bağlı təşkil olunmuş guşədə oldular. Buradakı stendlərlə tanış oldular.Soyqırım qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Onu da qeyd edək ki, “Xərçəng ölüm deyil!” adlı layihəsi çərçivəsində bundan əvvəlki seminarlar Azərbaycan Diplomatik Akademiyasında, “Caspian Business Center”də, “Forever Living Products” şirkətinin Bakı nümayəndəliyində keçirilib.

V. Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar