Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri təqaüdə göndərilib

Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, hərbi prokurorun köməkçisi, polkovnik Əfrahim Təhməzov təqaüdə göndərilib.

"Report"un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Ə.Təhməzov səhhətindəki problemlərlə əlaqədar prokurorluq orqanlarından tərxis olunub.

Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə hələlik təyinat olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar