Meteohəssas insanlara xəbərdarlıq - Hava proqnozu

Bakı və Abşeron yarımadasında fevralın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti, Bakıda gecə 2-4° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 24-25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, qısa müddətdə arabir güclənən gilavar və xəzri küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar