Tillerson Obamanın və İvanka Trampın qonşuluğunda ev alıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Vaşinqtonun dəbdəbəli rayonunda Barak Obama və İvanka Trampın qonşuluğunda yeni ev alıb. Evin dəyəri 5,6 milyon dollar qiymətləndirilir.

Xəbəri «Washingtonian» jurnalı yayıb.

Xatırladaq ki, 2017-ci il fevralın 1-də neft-qaz nəhəngi EksonMobil şirkətinin başçısı Reks Tillerson ABŞ-ın 69-cu dövlət katibi təyin olunub. Bu barədə qərar ABŞ Konqresinin senatı tərəfindən qəbul olunub.

Taleyin rişğəndinə baxın ki, Tillerson Ərəbistan nefti və qazından qazandığı pullarla özünə 5,6 milyon dollarlıq ev aldığı bir zamanda, bədbəxt Ərəbistanda 20 milyondan artıq insanın aclıq çəkdiyi barədə məlumatlar yayılır. Bəlkə, Qərbin uydurduğu və «islam terroru və onunla mübarizə» adı altında oynadığı tragikomediyanın izahını burada axtarmaq lazımdır?..

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar