“Bircə İsraildə Azərbaycan səfirliyi də açılsaydı...” - Yevda Abramov

Bu il Xocalı soyqırımının 25-ci ildönümü qəbul olunacaq. Artıq bir çox xarici ölkələrdə bununla bağlı tədbirlərə start verilib.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a açıqlamasında Xocalı soyqırımının növbəti ildönümünün İsraildə keçirilməsi ilə bağlı danışıb.

“İsrail dövlətində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı artıq tədbirlərə start verilib. Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində Yerusəlim, Təl-Əviv, hayfa, Demona kimi şəhərlərdə fotoşəkillər, videoçarxlar göstərilir. “Azərbaycan-İsrail cəmiyyəti”, “Qafqaz yəhudiləri təşkilatı”na Azərbaycan vətəndaşları rəhbərlik edib. Ümumiyyətlə, hər il İsraildə Azərbaycan dilində səhnələşdirilmiş tamaşalar göstərirlər. Azərbaycan parlamentində təmsil olunan deputatlar növbəli şəkildə İsrailə yollanıb tədbirlərdə iştirak edirlər”.

Deputat, ildönümlə bağlı mütəmadi olaraq İsrail dövlətində getdiyini deyib.

Hər il Xocalı soyqırımının ildönümündə 100-dən çox kitab aparmışam. Azərbaycan xalqının başına mərhələ-mərhələ açılan oyunlar barədə məlumat vermişəm. Düşünürəm ki, əlimizə düşən beynəlxalq imkanlardan istifadə etməliyik. Harada ki, yəhudi lobbiçiliyi güclüdür, o insanlarla görüşüb danışıqlar aparmışam. Bir məsələ də var: İsraildə Azərbaycan səfirliyi açılsaydı, mənim də işim rahat olardı. Oradakı səfirlik və konsulluğu lazımi adamlarla, şagirdlərimlə, qohum-qardaşımla tanış edərdim. Onsuz da, qızım İsrail dövlətində fəallıq göstərir. Azərbaycan-İsrail cəmiyyətində fəaldır. Rus-dilini də bilir. Bütün tədbrilərdə iştirak edir. Hətta, mənə deyirlər ki, “Abramov, qızın səndən də aktivdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar