Yer boyda 7 planet kəşf olundu! - Üçündə həyat mümkündür

AzPolitika.info xarici KİV-ə istinadlə xəbər verir ki, alimlər Yerin ölçülərində 7 yeni planet kəşf ediblər ki, onlardan üçündəki şərait həyat üçün uyğun gəlir.

Planetlərin yeddisi də bir ulduz ətrafında dövr edir. Bu barədə Belçikanın Ljesk universitetinin texnologiyalar və astrofiziki tədqiqatlar institutunun əməkdaşı Mikael Jiyon məlumat verib.

Alim əlavə edib ki, «TRAPPQIE-1» Planet sistemini hazırda «Hubble» kosmik teleskopu vasitəsilə izləyirlər. Məqsəd - bu planetlərdə atmosferin mövcudluğunu müəyyən etməkdən ibarətdir.

«TRAPPQIE-1» planet sisteminin tapıntısı unikaldır. Bu sistemə daxil olan planetləri izləmək mümkündür, amma bundan əvvəl kəşf olunmuş ekzoplanetlər barəsində bunu demək olmaz.

Hal-hazırda bunun üçün müvafiq alətlər (qurğular) yoxdur, ancaq yaxın illərdə belə qurğular meydana çıxacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar