«Pentaqon və Rusiya MN əməkdaşlığı bərpa etmirlər» - DANFORD

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ silahlı qüvvələri qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford çümə axşamı Brukinqs institutunda çıxışı zamanı bəyan edib ki, Pentaqon və Rusiya Müdafiə Nazirliyi (MN) əməkdaşlığı bərpa etmirlər - bu, qanunla qadağan olunub. Söhbət yalnız ondan gedir ki, «anlaşılmazlığa» yol verilməsin.

Ötən həftə Danford Bakıda Rusiya silahlı qüvvələri Baş qərargahının rəisi Valeri Gerasimovla görüşüb.

«Həmkarımla görüş özündə ABŞ-ın siyasətinin dəyişməsi kontekstini əks etdirmirdi. Mən, burada «əməkdaşlıq» sözündən istifadə etməzdim. Bu, bizim müzakirə etdiyimiz deyil» - deyə, Danford qeyd edib.

Onun sözlərinə görə, tərəflər əmin olmaq istəyirdilər ki, Rusiya və ABŞ «anlaşılmazlıq riskindən qaçırlar. Bizə, ixtiyari ölkə ilə təmas kanalına malik olmaq lazımdır» - Danford əlavə edib.

Amerikalı general bununla bərabər, xatırladıb ki, Pentaqonun maliyyələşdirilməsi haqqında qanun 2017-ci ildə amerikalı hərbçilərə Rusiya ilə əməkdaşlığı qadağan edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar