«Bizim ordumuz istənilən təcavüzü dəf edər!» - PUTİN

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib ki, onun ordusu istənilən təcavüzü dəf etmək iqtidarındadır.

Dövlət başçısı qeyd edib ki, son vaxtlar ölkənin Silahlı qüvvələrində kardinal dəyişikliklər baş verib.

Fevralın 23-də Prezident Kremldə bayram konsertindən əvvəl Vətənin bütün müdafiəçilərini təbrik edərək, deyib ki, Rusiyanın təhlükəsizliyi «etibarlı əllərdədir».

«Bizim Silahlı qüvvələrimiz nəhəng döyüş potensialına malikdir, daim hazır vəziyyətdədir, dəqiq və razılaşdırılmış fəaliyyət qabiliyyətlidir, istənilən təcavüzü əminlikdə dəf etmək gücündədir» - deyə, Putin bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar