"Beşiktaş" Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlib

Türkiyənin "Beşiktaş" klubu futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, "qara qartallar" 1/16 finalda İsrailin "Hapoel" (Beer-Şeva) komandasını mübarizədən kənarlaşdırıb.

İlk görüşdəki 3:1 hesablı səfər qələbəsindən sonra Şenol Günəşin baş məşqçi olduğu komanda İstanbulda "Wodafone Arena"dakı cavab görüşündən də qalib ayrılıb - 2:1. "Beşiktaş"dan 17-ci dəqiqədə Vinsent Abubakar, 87-ci dəqiqədə Cenk Tosun fərqlənibsə, "Hapoel"dən 64-cü dəqiqədə Antoni Nvakaeme fərqlənib.

Növbəti mərhələnin püşkatma mərasimi fevralın 24-də keçiriləcək.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə təmsilçiləri arasındakı avrokuboklarda mübarizəni davam etdirən yeganə komanda olub. Bu ölkənin 1/16 final mərhələsindəki digər təmsilçiləri "Fənərbağça" və "Osmanlıspor" mübarizəni dayandırıblar. "Fənər" Rusiya "Krasnodar"ına iki oyununun nəticəsində yenilib - 0:1, 1:1. Ankara komandası isə Yunanıstan "Olimpiakos"u ilə bacarmayıb - 0:0, 0:3.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar