TRAMP VƏ RUSİYA - Hansı motivlər öndə dayanır?

Prezident Trampda şübhəsiz ki, qeyri-adi formada rusofillik (russevərlik) müşahidə olunur. O, öz ətrafına ruslarla yaxşı əlaqələri olan köməkçilər yığıb. Həmin köməkçilər seçki kampaniyasının gedişində rusiyalı agentlərlə söhbətləşirdilər və indi onlardan bəziləri Ukrayna ilə bağlı şübhəli sülh sövdələşməsini irəliyə sürürlər.

Bu yaxınlarda Tramp lap uzağa gedərək, hətta ABŞ-ı Vladimir Putinin qanlı rejimi ilə bərabər tutdu.

Axı, nə üçün? Sadə sual deyil.

Rusiya ilə əlaqələri təhqiq edən ABŞ Federal Təhqiqatlar Bürosu və senatın kəşfiyyat məsələləri komitəsi, ilk növbədə Tramp komandasının qanunu pozduğunu müəyyənləşdirməli və sonradan isə prezidentin bu barədə yalan danışıb-danışmadığını aydınlaşdırmalıdır. Lakin bütün bu tarixi işıqlandırmaqla xeyirxax iş görən müstəntiqlər və jurnalistlərin baş verənlərin səbəbini bilmələri lazımdır. Çünki bu, yerdə qalan hər şeyin izahına yardım edəcək.

ABŞ-da heç zaman belə hal yaşanmayıb. Digər ölkələr əvvəllər ABŞ-ın daxili işlərinə müdaxiləyə cəhd göstəriblər. Hərdən azacıq uğurlar da qazanıblar.

Məsələn, İngiltərə və nasist Almaniyası 1940-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə namizədlərin irəli sürülməsi mərhələsində partiya qurultaylarına təsir göstərməyə çalışıblar. Amma ABŞ prezidentinin xarici dövlətin düşmən hökuməti ilə bu cür müəmmalı əlaqələri hələ heç zaman olmayıb.

Trampın rusofilliyini izah edə biləcək beş mümkün səbəbin üzərində dayanaq. Bu səbəblər bir-birini təkzib etmir.

Birinci səbəb. Bu səbəbi Trampın özü irəli sürür. Və siz, heç də həmin arqumenti bir kənara qoymayın, çünki burda reallıqla əlaqələr üzə çıxır. O, deyir ki, Rusiya ilə çəkişmələrin azaldılması ABŞ üçün faydalı olardı. Bu məntiqli mövqedir və Barak Obama prezidentliyində dövlət katibi olmuş Con Kerrinin mövqeyindən elə də fərqlənmir.

Kerri hesab edib ki, Rusiya Suriyadakı vətəndaş müharibəsində Bəşər Əsədin əsas müttəfiqidir və Əsəd tərəfindən tökülən qanlar dayandırılmalıdır. Obama administrasiyasının digər məmurları belə bir fikirdə idilər ki, kömək üçün Putinə müraciət olunması boş məşğuliyyətdir. Amma onu da yadda saxlamaq gərəkdir ki, Obama Suriya probleminin həlli üçün effetiv təklif ortaya qoymamışdı.

ABŞ prezidentinin istənilən sələfinin Rusiyanın dünyadakı ən ciddi humanitar böhrana son qoya biləcəyi barəsində düşünməsi normal bir şeydir. Sözsüz ki, bu, Trampın Rusiya ilə bütün əlaqələrinin izahı kimi düşünülə bilməz.

İkinci izah. Bu biznes oyunudur.

Çünki Amerika banklarının əksəriyyəti borc girdabında batan Tramp şirkətlərinə kredit verməkdən imtina ediblər. Ona görə də, Tramp başqa ölkələrdən vəsait axtarmağa başlayıb - Rusiya kimi ölkələrdən.

Belə ki, hələ 2008-ci ildə Donald Tramp Nyu-Yorkdakı və Dubaydakı “Tramp SoHo” layihəsini yada salaraq bildirmişdi: “Bizim aktivlərin xeyli qeyri-proporsional hissəsi rusların payına düşür”.

Öz vergi deklarasiyasını açmaqla Tramp bu məsələni aydınlaşdıra bilər. Amma digər prezidentliyə namizədlər kimi o bunu etmədi. Sözdə ona inanmaq olmaz. Çünki Tramp təqsirsizlik prezumpsiyası hüququna layıq deyil. Ən inandırıcısı onun Rusiya ilə işgüzar əlaqələrdə olması və bunu gizlətmək istəməsi ehtimalıdır.

Üçüncü izah. Bu, siyasi qəsddir və hüquqi təhqiqatın mərkəzində dayanan versiyadır.

Faktlar doğrudan da təlaş doğurur. Trampın seçki qərargahının məsləhətçiləri Putinin ətrafındakı nümayəndələrlə sıx bağlantıda olublar və onların bəziləri seçkilərin gedişində rusiyalı məmurlarla görüşüblər. Bununla yanaşı Putin hökuməti Trampı dəstəkləmək məqsədiylə kiber hücumların həyata keçirilməsinə rəhbərlik edib.

Əgər belə bir koordinasiya olubsa (hələlik bunun sübutu yoxdur), onda əlbəttə, bizi Uoterqeytdən də böyük qalmaqal gözləyir.

Dördüncü izah. Ən inandırıcı gəlməyən versiyadır. Özəl dedektivlərin dosyesinə əsasən, rusların əlində Trampa qarşı kompramat var. Real sübutlar ortalığa qoyulmayana qədər bu nəzəriyyəyə əhəmiyyət vermək lazım deyil.

Sonuncu, beşinci mümkün motiv - müəyyən mənada həyacanlı görünən ideoloji alyansdır.

Belə düşünənlər var ki, Putin təkcə öz ölkəsini sərt şəkildə nəzarət altında saxlayan lider deyil (hansı ki, Trampı heyran qoyub). Putin, həmçinin islam və “dünya elitası”-nın düşməni hesab edilən ağ dərililərin və xristian millətçilərinin ideya daşıyıcısıdır. Tramp qarşısına qoyduğu bu tapşırıqların reallaşdırılması üçün məxməri rus millətçilərindən də uzağa gedir. İstənilən halda bu tapşırıq danılmaz bir faktdır. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Maklof bu barədə deyib: ”İnauqurasiya mərasimindəki çıxış, mənim dəfələrlə rus millətçilərindən eşitdiyim sözlərə bənzəyirdi”.

Ağ Evdə ən nüfuzlu müşavir olan Stiven Bennon Rusiya ilə ideoloji alyansa inanır və görünür ki, Tramp belə bir alyansın yaranmasının əleyhinə də deyil. Seçkilərdən sonra Tramp Böyük Britaniyanın baş naziri ilə görüşməmişdən qabaq bu ölkənin ən qatı millətçisi Naycel Faracla görüşdü.

Son günlər Tramp özünün Rusiya bəlağətini yumşaldıb və hətta Ukraynadakı fəaliyyətlərinə görə Moskvanı tənqid edib. Ona görə də, bizim Tramp və Rusiya arasındakı bütün tarixi bildiyimizi düşünməmiz səhv olardı. Lakin bizə məlum olanları nəzərə alsaq, onda bunların Amerikanın maraqlarına necə böyük təhlükə olduğunu görərik.

Senat və Federal Təhqiqatlar Bürosunu idarə edən respublikaçılar, öz təhqiqatlarını Trampa bəslədikləri hörməti bir kənara qoymaq şərtiylə aparmalıdırlar.

Əgər onlar bunu etməslər, onda həqiqətin üzə çıxmasının qayğısına vətənpərvər jurnalistlər qalmalıdırlar.

(“The New-York Times”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar