TRAMP RUSİYA-ÇİN İTTİFAQINI POZA BİLƏCƏKMİ? - ABŞ diplomatiyası üçün çətin sınaq

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefa verdi. İndi belə bir təhlükə yaranıb ki, ABŞ prezidentinin siyasi və strateji məsələlər üzrə məsləhətçisi Stiv Bennon özünün Donald Trampa olan təsirini gücləndirəcək. "AzPolitika.info"nun məlumatına görə, bu fikirlər Yaponiyanın “Sankey Simbun” adlı nəşrində yere alıb. Məqalədə daha sonra bildirilir:

"Stiv Bennon keçən il bəyan etmişdi ki, 5-10 ildən sonra Cənubi-Çin dənizində ABŞ və Çin arasında müharibə qaçılamzdır. O, bu sözləri ilə ətrafdakıları təəccübləndirmişdi. Belə olan halda ABŞ-a nüvə silahına malik müttəfiqlər lazım gələcək və deməli Çin ilə sərhəddi olan böyük nüvə gücünə malik olan Rusiyanın önəmi artır.

Yuxarıda deyilənləri yerinə yetirmək üçün Tramp administrasiyası Putinlə birgə İŞİD-i məhv etməlidir. Elə etmək lazımdır ki, Rusiya İranla əməkdaşlığını kəssin və həm də Ukrayna münaqişəsinin inkişafına imkan verilməməlidir. Bundan sonra Rusiya və ABŞ uzunmüddətli perspektivdə Çinin önünü kəsəcəklər. Bəli, bu kifayət qədər özündən əmin bir ideyadır.

Böyük Britaniyanın “The Economist” jurnalı bunu ABŞ-ın Rusiyaya nəvazişi adlandırıb. Jurnalın üz qabığında Rusiya və ABŞ liderlərinin bir-birlərinə baxan ağ-qara rəngli təsvirləri əks olunub. Şəkildə Trampın dodaqları qırmızı dodaq boyasıyla rənglənib, Putinin yanaqlarında isə öpüş izləri var. ”The Economist” nəşri Rusiya və ABŞ liderlərini ələ salıb.

Ola bilər ki, Rusiyanın ABŞ Demokratlar partiyasının serverinə təşkil etdiyi kiber hücumlar Donald Trampın prezident seçkilərindəki qələbəsinə kömək edib. Amma buna baxmayaraq, Putinə inanmaq olmaz. İndi Tramp administrasiyasının diplomatiyası hansı yolla gedəcək? Rusiya ilə yaxınlaşma və Çinlə ehtiyatlı münasibət qurulacaq? Birbaşa söyləsək, görəsən bu düz yoldur, ya səhvdir?

Bu yaxınlarda Hindistanın paytaxtı Nyu-Dehlidə Yaponiya, ABŞ və Hindistanın beynəlxalq məsələlər üzrə ekspertlərinin keçirdikləri görüş zamanı diqqətdə dayanan əsas mövzu Tramp administrasiyasının Çinə münasibətdəki strategiyasının dəyişilməsi olub.

Bu dialoq “Vivikenda beynəlxalq fondu” tərəfindən təşkil olunmuşdu. Orada Yaponiyanın “Dövlət əsasları institutu” və Amerikanın “Hudson institute” də iştirak edirdi.

Dialoq zamanı Rusiyanın Yaponiya üçün mühüm strateji tərəfdaş ola biləcəyi fikiri irəli sürüldü. Amma onu da bildirək ki, əgər Qərb Ukraynaya silah verərsə, onda Rusiyanın Çinə yüksək texnologiyalı silahlar satmaq qərarına gələcəyi ehtimalı da yüksəlir.

Bəlkə də Rusiya ABŞ-ın Avropa istiqamətindəki gücünü zəiflətmək və amerikalıları Asiyaya tərəf çəkmək məqsədiylə Çini gücləndirməyi fikirləşib. Təhlükəsizlik məsələləri üzrə Amerika ekspertləri güman edirlər ki, Rusiya Çinə ən yeni “Su-35” qırıcılarını sata bilər. Əgər Çin Xalq Respublikası bu qırıcıları gəmilər əleyhinə raketlərlə təchiz edərək, Fiery Cross riflərinə və Cənubi –Çin dənizinin digər regionlarına göndərərsə, onda Amerikan gəmiləri üçün heç də xoş olmayacaq.

Putin

Sinze Abe administrasiyası “şimal əraziləri” problemi üzündən Putinlə əməkdaşlıq etməyə cəhd göstərir. Bunun üçün strateji səbəb var. Belə ki, Rusiya – Çin yaxınlaşması sayəsində Çinin dəniz ekspansiyasının irəlidə də genişlənməsinin qarşısını almaq lazımdır. Lakin Moskva və Vaşinqtonun birlikdə Çinin qarşısını kəsəcəyi ilə bağlı “Bennon planı”nın baş tutacağı şübhə doğurur. Paralel olaraq Yaponiya da Rusiyanın Çinə təzyiq edəcəyinə ümid bəsləməməlidir.

Hal-hazırda Rusiya iqtisadiyyatı böhran yaşayır. Rusiyanın əhalisi azalmaqda davam edir. Hətta, əgər Rusiya Federasiyası Çinin qarşısını almaq üçün hərbi gücdən istifadəyə baş vurarsa, onda buna onun insan sayı çatmaz. Ona görə də, Çin və Rusiyanın yaxınlaşmasının qarşısını almaq və həmçinin də Yaponiya ilə ABŞ-ın ümümi mənfəətinə cavab verəcək Asiya ölkələriylə əməkdaşlıq məsələsi xüsusilə vacibdir.

V. Nəsibov

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar