ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər

bmtPrezident Donald Trampın administrasiyası ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş və indiki rəsmi şəxsləri ilə əlaqədə olan mənbələrə istinadən “Politico” nəşri məlumat yayıb.

Yekun qərarın qəbul olunmasında dövlət katibi Reks Tillerson, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir.

Tramp administrasiyasının Şuraya olan iradları arasında anti-İsrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (Məsələn, Çin və Səudiyyə Ərəbistanı) var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar