İraqda İŞİD qurbanlarının ən iri kütləvi məzarlığı aşkarlandı

big_1410347161_mezarİraqın Mosul şəhəri yaxınlığında İŞİD terror qruplaşmasının qurbanlarının ən iri kütləvi məzarlığı aşkarlanıb.“The Telegraph”ın verdiyi xəbərə görə, dərinliyi 400 metr olan çuxur Xasfa rayonunda, Mosul-Bağdad yolunun kənarında yerləşir.

Məlumata görə, İŞİD terrorçuları qətlə yetirdikləri şəxsləri həmin quyuya atırmışlar. Yerli sakinlərin sözlərinə görə, terrorçular 2014-cü ildə şəhəri ələ keçirdikdən sonra kütləvi şəkildə edam etdikləri polis və hərbçilərin cəsədlərini hər dəfə bu çuxura atırmışlar. Edam proseslərinin əksər hallarda xəndəyin yanında icra olunduğu qeyd olunur.

Xəndəkdə, ilkin məlumata görə, 4 minədək cəsədin olduğu ehtimal edilir.(APA)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar