“Belə bir kitab evinin yaradılması həm də kitaba verilən yeni dəyərdir” - Etibar Əliyev

Dünən – fevralın 25-də Bakının Lev Tolstoy küçəsi 191 ünvanında “Hüquq ədəbiyyatı” adlı ixtisaslaşmış kitab mağazasının açılış mərasimi keçirilib. Bakıda bir ilk sayılan bu ideyanın təşəbbüskarı, eyni zamanda mağazanın sahibi hüquq elmləri doktoru, professor İlham Rəhimovdur. Kitab mağazasında hüququn bütün sahələrinə aid kitabları tapmaq mümkün olacaq. Burada hüquqşünaslar, hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, hüquq-mühafizə orqanlarının işçiləri, nəzəriyyəçilər, eləcə də kütləvi oxucular həm Azərbaycan dilində, həm də digər dillərdə hüquq üzrə çap olunmuş ən yeni ədəbiyyatı əldə edə biləcəklər.

Kitab mağazasının açılışına həsr olunmuuş mərasimində tanınmış hüquqşünaslar, ölkədən və xaricdən gələn ziyalılar, təhsil sahəsində tədqiqatlar aparan ekspertlər, eləcə də KİV nümayəndələri iştirak ediblər. “XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert, fəlsəfə doktoru, kitab bilicisi kimi tanıdığımız etibar-eliyevEtibar Əliyev də həmin kitab evi iə tanış olub. Onun bu məsləyə münasibətini örəndik:

Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Bakıda “Hüquq ədəbiyyatı” adlı ixtisaslaşmış kitab evini açması maraqlı dövrə təsadüf edir. Kitab mağazalarının və kitabxanaların geniş şəkildə bağlandığı dövrə. Şahidi olduq ki, bu “Kitab evi” dan ulduzu kimi parladı. Bizdə ixtisalaşmış kitab mağazaları Sovetlər dönəmində fəaliyyət göstərib. Lakin sonradan bunlar yığışdırıldı. İndi belə bir kitab evinin yaradılması həm də kitaba verilən yeni dəyərdir. Sanballı çağırışdır, xüsusi aktuallıq kəsb edir.

İlham Rəhimovun yaratdığı “Kitab evi”ndən əvvəl fəaliyyət göstərən kitab mağazalarında Hüquq elmi sahəsində ədəbiyyat qıtlığı hökm sürürdü. Yaxud ümumi ədəbiyyatların olduğu mağazalarda təcrübəsiz satıcılar oxucuların tələbatını ödəyə bilmirdilər.

Bundan sonra Hüquq ədəbiyyatı axtaranlar bu gözəl məkana üz tutacaqlar. Biz tanınmış Hüquq professorunun hüquq elminə olan qayğısının şahidi olduq. Təbiət elmlərinin tanınmış nümayəndələri də analoji addımı atsalar, bu istiqamətdə həm tələbələrin, həm də müəllimlərin kitaba marağı arta bilər. İndi elmlə məşğul olanların böyük bir kəsimi internet resurslarını bəhanə gətirərək, kitabı arxa plana çəkməyə çalışırlar.

Lakin bununla bağlı dünyanın tanınmış intellektuallarının, alimlərinin gəldiyi qənaət bundan ibarətdir ki, kitab əvəzolunmaz dəyər olaraq hələ 100 illər boyu öz aktuallığını (həm də dəyərini) itirməyəcək. Son illər yazılmış yararsız elmi işlər məhz kitabdan az istifadənin nəticəsidir. Təcrübə göstərir ki, magistr, doktorant və alimlərimiz yeni ədəbiyyatlarla çox az hallarda maraqlanırlar. Bu amil bütün elm sahələrində özünü göstərir. Başqa mühüm bir məqam ondan ibarətdir ki, tanınmış bir elm bilicisi bu layihəni gerçəkləşdirə bildi və sanballı ədəbiyyatların təşkil olunması üçün bütün imkanlardan istifadə edəcək. Hal-hazırda fənlərararası tədqiqatlar geniş vüsət alıb və hüquq elmi bu paradiqmadan kənarda qalmayıb. Mən İlham Rəhimovun yaratdığı “Kitab evi”ndə söyləyidim belə tədqiqatlar istiqamətində yazılmış xeyli sanballı ədəbiyyatlara rast gəldim.

Bu layihə ölkədə ixtisaslaşmış kitab evlərinin yaranmasına təsirsiz ötüşməyəcək. Kitab mağazaları və kitabxanalar ölkədə mədəniyyətin göstəricisidir. Elə yeni yaradılmış “Kitab evi”nə daxil olan kimi hökm sürən mədəni mühitin dərhal şahidi olursan.

Qalır oxumaq və sanballı elmi işlər yazmaq...

Sonda İlham Rəhimovun elm haqqında maraqlı bir fikrini qeyd etsəm yerinə düşər: “Elm, mənim üçün bütün məşğuliyyətlərdən cəlbedicidir”. Professorun gerçəkləşdirdiyi “Kitab evi” layihəsi bunu əyani surətdə sübut etdi.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar