İran ordusu Hind okeanında irimiqyaslı təlimlərə başladı

İran Hərbi dəniz qüvvələri bu gün səhər Hind okeanının şimalında “Vilayət-95” adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.

İRNA agentliyi xəbər verir ki, təlimlərə İran HDQ komandanı, kontr-admiral Həbibulla Səyyarinin əmri ilə start verilib. Hərbi təlimlərdə kəşfiyyat əməliyyatları, taktiki manevrlər, habelə xilasetmə əməliyyatlarının keçirilməsi nəzərdə tutulur.

Müdafiə əməliyyatı çərçivəsində İran istehsalı olan hərbi texnikadan, o cümlədən sualtı qayıqlar və helikopterlərdən istifadə olunacaq.

İran HDQ komandanlığı təlimdə iştirak edəcək hərbçi və silahların sayı barədə məlumat verməyib.(virtualaz)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar