Əfqanıstanda "Taliban"ın iki komandiri məhv edilib

Taliban-guerrilla-fighter-001Radikal qruplaşmanın 7 üzvü də həbs edilib

Əfqanıstanda güc strukturları tərəfindən "Taliban"ın iki komandiri məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Pajvak" agentliyi yerli məmurlardan birinə istinadən məlumat yayıb.

Məlumata görə, öldürülənlər Qari Mujahid və Mullah Baraldır. Onların hər ikisi ölkənin mərkəzi hissəsi Lahor vilayətində, bazar gününə keçən gecə məhv ediliblər. Bununla yanaşı, radikal qruplaşmanın 7 üzvü də həbs edilib.

Əməliyyat zamanı həmçinin silah-sursat, və silahlılara aid olan motosikl götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar