Avropa Oyunlarında Azərbaycanı təmsil edirdi, vətəndaşlığını dəyişdi

2014-2016-cı illərdə Azərbaycan yığmasını dəstəkləmiş 25 yaşlı Ukrayna gimnastı Pyotr Paxnyuk idman vətəndaşlığını bir daha dəyişib və yenidən Ukraynanı təmsil edəcək.Virtualaz.org bildirir ki, Paxnyukun beynəlxalq yarışlarda öz doğma ölkəsini dəstəkləməyə icazə verilməsi barədə Beynəlxalq Gimnastika Federasiyasının (BGF) Ukrayna və Azərbaycan federasiyalarına göndərdiyi rəsmi məktubunda deyilir. Bununla bərabər sənəddə həmçinin göstərilib ki, Paxnyukun Olimpiya oyunlarında iştirakı üçün Ukraynanın Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsindən icazə almalıdır.

Xatırladaq ki, Ukraynanı dəstəkləyərkən Paxnyuk Universiada-2013-ün komanda yarışlarında gümüş medala sahib olub. Azərbaycan yığmasının tərkibində isə gimnast Avropa Oyunları-2015-in bürünc medalını qazanıb.

"İlk dəfə evə qayıtmaq fikri məndə artıq Azərbaycana gəlişimdən bir ay sonra baş qaldırdı, çünki mən Ukrayna, Kiyev və dostlarım üçün çox darıxırdım. Azərbaycana getməyə mən öz təşəbbüsümlə qərar vermişdim, çünki idman gimnastikasında elə vəziyyət idi ki, artıq özüm haqda, təcrübə və qabiliyyətimi harada daha yaxşı reallaşdıra biləcəyim haqda düşünmək lazım idi. Ukraynada baş məşqçi başqa ölkəyə köçdü, ondan sonra idmançılar da başqa ölkələrə keçməyə başladılar.

Sonra yeni baş məşqçi gəldi, hansı ki, yumşaq desək, məni xoşlamırdı. Mən də köçməyə qərar verdim, özüm üçün, gimnastikada nəyəsə nail olmaqdan ötrü. Həmin ərəfədə Azərbaycandan təklif gəldi və mən çox fikirləşmədim, dəqiq bilirdim ki, bu mənə lazımdır...", - deyə gimnast xsport.ua saytına müsahibəsində bildirib.

Azərbaycanda Paxnyuk üçün ən yadda qalan o idi ki, bütün boş vaxtını idman zalında keçirirdi.

Pyotr Azərbaycana köçdüyünə görə peşman deyil: "O vaxt üçün bu düzgün qərar idi, çünki bir yığın ambisiya vardı. Amma sonra dərk etdim ki, bunu yalnız özüm üçün edirəm, Ukraynadakı kimi hansısa bir mənəvi məmnunluq yoxdur”.

Azərbaycanın və Ukraynanın idman gimnastikaları arasındakı fərq haqqında danışarkən atlet bildirib ki, Azərbaycanda idman gimnastikası ölkənin prezidenti və birinci xanımı, hansı ki, Federasiyanın prezidentidir, tərəfindən çox güclü dəstəklənir: “Onlar ölkədə idman, idmançıların özləri üçün çox şey ediblər və edirlər, həmçinin mənim üçün, buna görə onlara təşəkkür edirəm. Ukraynada çox istedadlı və güclü uşaqlar var, hansılar ki, çox yüksək nəticələr göstərə bilərlər, amma hakimiyyətdən lazımi dəstək yoxdur. Ümid edirəm ki, hər şey dəyişəcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar