İranın sabiq prezidenti Trampa məktub göndərdi - "Sizi təqdir edirəm"

İranın sabiq prezidenti Mahmud Əhmədinejad Donald Trampa açıq məktubla müraciət edib.

Strateq.az AFP-yə istinadla xəbər verir ki, məktubda o, ABŞ siyasi sistemini tənqid etdiyinə görə D.Trampı alqışlayır, amma viza qadağası və qadınlara münasibəti ilə əllaqədar ABŞ prezidentinin özünü tənqid edir.

Öz saytında ingilis və fars dillərində dərc edilən uzun və rabitəsiz məktubunda Əhmədinejadın D.Trampla əkiz ruh tapması görünür.

"Zati-aliləri (Tramp) ABŞ-ın siyasi sistemini, korrupsiyalaşmış seçki strukturunu və onun anti-icmailiyini doğru təsvir edib", – deyə Əhmədinejad yazır.

Məktubun çox hissəsi Yaxın Şərqdə müdaxilələrə həsr olunub və bu sətirlərdə sabiq prezident keçmiş ABŞ administrasiyalarının "təkəbbür"ünü xatırladaraq D.Trampa nəsihət verir.

Əhmədinejad, İran da daxil olmaqla, yeddi müsəlman ölkəsinə dair viza qadağası məsələsinə də toxunub.

Mahmud Əhmədinejad dünya liderlərinə dəfələrlə məktubla mürac edib. O, ABŞ-ın sabiq prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və Roma Papası, eləcə də oğul-Corc Buşa 18 səhifəlik namələr göndərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar