“Təxribatçı ifadələrinizlə Azərbaycanı şantaj etmək lazım deyil” - Ramiz Mehdiyev

“Heç bir xarici qüvvə heç vaxt bizim müstəqilliyimizin qarantı kimi çıxış etməyib, etmir və etməyəcək. Qoy Morninqstar bizə görə, Azərbaycanın inkişaf səviyyəsinə görə narahat olmasın. Bizim dövlət institutlarımız xalqın dəstəyinə söykənərək öz müstəqil ölkəmizi müdafiə etməyə imlakn verir”. Modern.az bildirir ki, bu sözləri AzərTAC-a müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ABŞ səfirinin qalmaqallı müsahibəsinə münasibət bildirərkən deyib.

“Diplomatların vəzifəsi qapıları arxalarınca çırpmaq deyil, onu açmaqdır. Bunu hər kəs edə bilər. Əgər sizin üzərinizə diplomatik missiya qoyulubsa, o zaman lütfən onu məsuliyyətlə və vicdanla icra edin. Regiondan getmə məqamında özünüzün təxribatçı ifadələrinzlə Azərbaycanı şantaj etmək lazım deyil. Şantaj və hədə yolu ilə özünüzə etimad qazanmaq olmaz”-deyə R. Mehdiyev bildirib.

“Morninqstar deyir ki, 19 ildir prezident İlham Əliyevi tanıyır. Görünür səfir bu müddət ərzində həqiqəti anlaya bilməyib ki, Azərbaycan lideri yüksək ton, hədə və şantajı qəbul etmir. Biz yalnız bərabərhüquqlu, qarşılıqlı hörmətə söykənən dialoqa hazırıq. Mən şübhə etmirəm ki, Vaşinqtonda Azərbaycana münasibətdə aparılan siyasətdə sağlam düşüncəyə malik təcrübəli diplomatlar müəyyən edir. Onlar yaxşı başa düşürlər ki, Azərbaycandan getmələri onlara hansı geopolitik qiymətə başa gələcək. Mən güman etmirəm ki, ABŞ özünün Azərbaycandakı boşboğaz səfirinin məsuliyyətsiz bəyanatlarına görə ölkəmizlə münsibətləri korlayacaq. ABŞ-ın praqmatik diplomatiyası buna getməz. Morninqstara gəlincə, məndə belə təəssürat yaranır ki, o bir səfir kimi Azərbaycanda özünü doğrultmadı”.

“Rusiyaya gəlincə bu ölkə bizim yaxın qonşumuzdur və onunla münasibətlər ölkənin xarici siyasətində həmişə xüsusi vektor təşkil edib. Ölkələrimiz arasında qarşıqlı anlaşma mövcuddur. Azərbaycanla Rusiya arasında hazırda heç bir gərginlik yoxdur. Xarici və daxili bəzi qüvvələr Rusiya ilə Azərbaycan arasında münasibətlərin pozulması üçün cəhdlər etdilər. İki ölkə başçılarının müdriklyi sayəsində belə təxribatlar baş tutmadı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar