Putin “veto”su ilə Əsədi xilas etdi

putin esedRusiya BMT Təhlükəsizlik Şurasının iclasında Suriya ilə bağlı qətnamə layihəsinə “veto” qoyub.

Sənəd kimyəvi silahdan istifadə edən Suriya hökumətinə qarşı sanksiyanın tətbiqini nəzərdə tuturdu.

Rusiya ilə yanaşı, Çin və Boliviya da qətnamə layihəsini dəstəkləməyib.

Sənədin leyhinə Şuranın 9 üzvü səs verib. Misir, Qazaxıstan və Efiopiya isə səsvermədə iştirakdan imtina edib.

Qətnamə layihəsində Suriya hökumətinin 21 üzvünün sanksiya siyahısına daxil edilməsi, Suriyaya silah satışının məhdudlaşdırılması tələb olunurdu.

Sənədin müəllifləri Britaniya və Fransa idi. Sonradan ABŞ-da onlara dəstək vermişdi.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qətnamənin qəbulunun Suriya ilə bağlı danışıqları iflic vəziyyətə salacağını bəyan etmişdi.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar