ABŞ prezidentliyinə keçmiş namizəd ölkənin Rusiyadakı səfiri ola bilər

Yuta ştatının keçmiş qubernatoru Con Hantsman ABŞ-ın Rusiyada səfiri olmaq üçün danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Prezident Administrasiyasındakı mənbələrə istinadən CNN məlumat yayıb.

Onlardan biri bildirir ki, Hantsman ötən həftə bu barədə dövlət katibi Reks Tillerson ilə danışıb və danışıqlar hələ aparılır. Daha bir mənbənin sözlərinə görə, Hantsman bu məsələni prezident Donald Trampın müşavirləri və ola bilsin elə Trampın özü ilə müzakirə edib.

Hantsman 2012-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi irəli sürülənlərdən biri olub. O, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın Çindəki səfiri vəzifəsində, həmçinin ondan əvvəl Sinqapurda səfir işləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar